Səhər qəzeti

Parisdən Bakının qüdrəti haqda daha bir “giley”

Tarix:20-02-2025, 13:38
Baxış Sayı:0

 

Parisdə növbəti dəfə Azərbaycanın “Fransada sabitliyi pozması” ilə bağlı giley-güzar səsləndirilib.

Bu dəfə analoji narazılığı Fransa Qanunvericilik Assambleyasının üzvü Silven Meylar dilə gətirib.

“Biz Ermənistanın yanında olduğumuz üçün Azərbaycan xaricdə, Fransada, xüsusən də Yeni Kaledoniyada sabitliyi pozmağa çalışır”, - o bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, G7 ölkəsi, Avropa Birliyinin siyasi liderliyinə iddialı, “dünyanın bölüşdürülməsində payçı” sayılan Fransanın bu cür “gileyi” vaxtaşırı dilə gətirməsi bu dövlət haqda heç də müsbət təsəvvür yaratmamaqla bərabər, Azərbaycanın nüfuzunun dolayı etirafıdır.

Digər xəbərlər
XƏBƏR LENTİ