Ermənistandan gətirilən çiyələklərin tərkibində endokrin sistemi məhv edən və Rusiyadan başqa bir çox ölkələrdə qadağan olunmuş təhlükəli pestisid - tebukonazol aşkar edilib.
Məhsul paytaxtla yanaşı, Moskva və Tula vilayətlərində də satılmalı idi.
“Maş”ın məlumatına görə, pestisidlər avqustun 21-də yoxlama üçün seçilmiş dörd tonluq partiyada tapılıb. Nümunədə trifloksistrobin və tebukonazol pestisidlərinin miqdarı yoxlanılıb. Birincisi, bəzi tədqiqatlara görə, reproduksiyaya və ya məhsuldarlığa təsir göstərir. İkincisinə əsaslanan dərmanlar insanlar üçün ikinci təhlükə sinfinə aiddir. Bundan əlavə, insanın endokrin sistemini məhv edir. Nəticədə 0,152 mq/kq tebukonazol aşkar edilib. Onun göstəricisi standartlaşdırılmayıb, lakin məhsullarda olması artıq təhlükəli hesab olunur.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistandan Rusiyaya göndərilən şərabın insan orqanizmi üçün təhlükəli olduğu təsdiqlənmişdi. Ermənilər buna görə Azərbaycanı ittiham etmişdilər. Onlar iddia edirdilər ki, Rusiya bazarında erməni şərabının yerini tutmaq istəyən Azərbaycan lobbisinin bu işdə əli var.
Maraqlıdır, ermənilər zəhərli çiyələklərinə görə kimi şərləyəcəklər?