Səhər qəzeti

Ermənistanda hansı ölkələrin vətəndaşları həbsdədir? - İranlılar və ruslar...

Tarix:16-02-2025, 15:00
Baxış Sayı:0

 

Yanvarın sonuna olan məlumata görə, Ermənistanda cəzaçəkmə müəssisələrində 318 əcnəbi var.

Onların ən çoxu İran vətəndaşlarıdır. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Hindistan vətəndaşları gəlir.

İlk onluğa Gürcüstan, Misir, Əfqanıstan, Türkiyə, İraq, Suriya və Livan vətəndaşlığı olan məhbuslar daxildir.

Ermənistanda həbsxanalarda Peru, Yunanıstan, ABŞ, Banqladeş, Əlcəzair, Yəmən, Özbəkistan, Qırğızıstan, Qvatemala, Dominikan Respublikası, Latviya, Almaniya, İspaniya, Hollandiya, Livan, Venesuela, Cənubi Afrika, Tunis, İsrail, Cənubi Koreya, Belarus, Qazaxıstan və Türkmənistan vətəndaşları da var.

Digər xəbərlər
XƏBƏR LENTİ