Amerikalı iş adamı və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask növbəti dəfə gündəmi sarsıdan açıqlamalar verib.
Mask ABŞ-ın hazırkı silahlanma strategiyasını sərt şəkildə tənqid edərək, ölkənin gələcək müharibələrə hazır olmadığını iddia edib.
Onun sözlərinə görə, Amerika ordusu keçmiş müharibə konsepsiyalarına uyğun formalaşır və bu, ABŞ-ı böyük məğlubiyyətə sürükləyə bilər.
Mask süni intellekt, pilotsuz uçuş aparatları (PUA) və avtonom sistemlərin döyüş meydanında inqilab etdiyini vurğulayaraq, ABŞ-ın bu dəyişikliyə gecikdiyini bildirib.
Mask təkcə ABŞ-ın hərbi strategiyasını deyil, həm də süni intellektin nəzarətsiz inkişafını əsas təhlükə olaraq görür. Onun sözlərinə görə, süni intellekt hərbi sahədə şüursuz şəkildə istifadə olunarsa, bu, “Terminator ssenarisi” kimi nəticələrə gətirib çıxara bilər.