Səhər qəzeti

“Qarabağ” şerinə musiqi bəstələyib ona klip çəkdirmək üçün toyuna yığdığı pulu xərcləyən Azərbaycanəsilli gənc türk sənətçisi

Tarix:26-08-2024, 21:27
Baxış Sayı:0

 

Yazdığı “Qarabağ” şerinə musiqi bəstələyib klip çəkdirmək üçün toy etməyə yığdığı pulu xərcləyən Azərbaycanəsilli gənc türk Ali Kurulun həyat amalı

Azərbaycan sevdalısı Ali Kurul 10 may 1996-cı ildə Afyonkarahisarın Bolvadin rayonunun Böyük Qarabağ kəndində, fermer ailəsinin sevimli oğlu olaraq dünyaya göz açıb. Doğulduğu məkanın adından da anlaşıldığı kimi, ailəsi və bütün kənd azərbaycanlılardan ibarətdir – vaxtilə Qarabağdan köçüb gələnlərdəndir. Onların miqrasiya hekayəsi 250 il əvvələ gedib çıxır.

İbtidai təhsilinə Böyük Qarabağ kəndində başlayan Ali Kurul gənc yaşlarından şeir və musiqiyə aşiq olub. 12 yaşında atasının ona aldığı aləti özzbaşına öyrənməklə ifa etməyə başlayıb. Orta məktəbi 14 yaşında Böyük Qarabağda bitirmiş və lisey təhsil almaq üçün Bolvadin Anadolu Liseyinə daxil olmuşdur. Orta məktəbdə oxuyarkən, 15 yaşında məktəb tətillərində saz çalmağa, toylarda oxumağa başlayıb.

Orta məktəbi bitirdikdən sonra Kırklareli Universitetinin Əmək İqtisadiyyatı fakültəsini bitirib və tələbəlik illərini bayramlarda toy proqramlarında çıxış edərək keçirib. Musiqi ilə yanaşı, şeirlər də yazan Ali Kurul şeirlərində vətən, millət, bayraq sevgisi mövzularına toxunub. 2020-ci ilin oktyabrında Ali Kurul ata-baba yurdu olan Qarabağın işğaldan azad edilməsi uğrunda gedən mübarizəni yaxından izləyib. O günlərin duyğuları ilə “Hilal görmədən ölmərəm, Qarabağ” şeirini yazıb.

Qarabağın işğaldan azad edilməsi Ali Kurul və doğulduğu Böyük Qarabağ kəndində sevinc göz yaşları ilə qarşılanarkən, Ali Kurul dədə-baba yurdu Qarabağ üçün yazdığı şeirə musiqi bəstələmiş, sazı ilə ifa etməyə başlamışdır. Dinləyən hər kəsdə böyük duyğu və milli şüur ​​oyadan bu musiqini peşəkar musiqi kimi studiyada ifa etmək və klip çəkmək istəyən Ali Kurul bu arzusunu yüksək xərclər üzündən bir müddət təxirə salmalı olub.

Peşəkar musiqinin studiyada yazılması və video çəkilişlər üçün böyük məbləğdə vəsait lazım olud. Və nəhayət, öz imkanları ilə 2024-cü ilin iyul ayında “Qarabağ” mahnısını bütün rəqəmsal platformalarda dinləyicilərinin ixtiyarına verdi. Ali Kurul “Hilal görmədən ölmərəm, Qarabağ” mahnısını ərsəyə gətirməkdə məqsədini Türkiyədə yaşayan yüz minlərlə qarabağlının ata-baba yurduna olan bağlılığını, sevgisini və həsrətini göstərmək, iki millətin qüdrətini nümayiş etdirmək idi. Bu musiqi nümunəsi, sanki iki qardaş ölkə – Türkiyə və Azərbaycan arasında könül körpüsüdür.

Mahnını təqdim edirik:


Digər xəbərlər
XƏBƏR LENTİ