Səhər qəzeti

Saxta həkim və kosmetoloq BƏLASI - “Ciddi xəstəliklər” aşkarlanır, kredit müqaviləsi imzaladılır

Tarix:Bu gün, 08:24
Baxış Sayı:0

 

Moskvada tibbi-kosmetik xidmət göstərmək adı altında müştərilərdən pul oğurlayan iki qrup fırıldaqçıdan onlarla insan zərər çəkib.

Bu barədə “İzvestiya” yazır.

Bildirilir ki, "RM Clinic"in saxta həkimləri təqaüdçüləri “pulsuz” müayinəyə dəvət ediblər və həmin müayinə zamanı onların "ciddi xəstəliklər"i aşkarlanıb. Bundan sonra ahıllar pullu xidmətlərin göstərilməsi üçün müqavilələr və istehlak krediti müqavilələri bağlamağa sövq edilib.

"İstintaq materiallarında qeyd olunan zərərin məbləği 80 mindən 166 min rubla qədərdir", - məlumatda deyilir.

Zərərçəkmişlərdən birinin sözlərinə görə, təqaüdçülər müqaviləni və kredit müqavilələrini imzalamaqdan imtina etsələr, onların telefon nömrələri pulsuz müalicə təklif edən “sonsuz avtomatlaşdırılmış zənglər” edən fırıldaqçıların əlinə keçəcək. Nömrə bloklandıqdan sonra hər gün digər telefonlardan zənglər davam etdiriləcək.

Qəzetin yazdığına görə, “Semerida Clinic” MMC-nin əməkdaşları müştəriləri pulsuz masaj vədi ilə şirnikləndiriblər.

"Qurban klinikanın astanasını keçən kimi onu qorxutmağa başlayıblar: guya prosedurlar olmadan dəri sallanacaq, xəstə və çirkin olacaq", - nəşr qeyd edir.

Bu yolla qadınlar müxtəlif banklarla kredit müqaviləsi bağlamağa məcbur olublar. Vəkil Vadim Tkaçenko izah edib ki, bu cür müqavilələr təzyiq altında bağlandığı üçün ləğv edilə bilər.


Digər xəbərlər
XƏBƏR LENTİ