Başqasının cinayətinə görə 56 il edamını gözləyən 88 yaşlı yapon hökumətdən 217 milyon yen (2.39 milyon manat) məbləğində kompensasiya tələb edir.
Keçmiş peşəkar boksçu İvao Hakamata 1966-cı ildə rəisinin, onun həyat yoldaşının və iki uşağının ölümündə təqsirli bilinib. Sonradan Hakamata günahını etiraf edib və 46 il ölüm kamerasında qalıb.
2014-cü ildə DNT analizi onun günahsız olduğunu və cinayətin başqa şəxs tərəfindən törədildiyini göstərib, yapon kişi azadlığa buraxılıb. Lakin sonradan məhkəmə bu qərarı ləğv edib. Bundan sonra Hakamata 10 il ərzində tam bəraət üçün mübarizə aparan bacısının himayəsində yaşayıb. 2024-cü ildə məlum olub ki, ona qarşı ittiham müstəntiqlər tərəfindən saxta şəkildə hazırlanıb və o, təzyiq altında etiraf edib.
Lakin kişi bununla barışmaq istəmir. Çünki o, həbsdə olduğu illər ərzində inkişaf edən ağır psixi pozuntudan da əziyyət çəkir. Bu səbəbdən onun vəkili milyonlarla kompensasiya üçün iddia qaldırıb.