Yumurtanın faydaları illərdir mütəxəssislər tərəfindən araşdırılır. Yumurta üzərində aparılan son araşdırma yaddaşı gücləndirdiyini və Alzheimer xəstəliyi riskini aradan qaldırdığını üzə çıxarıb.
Gündə 1 yumurta yemək sağlam həyat tərzinə doğru mühüm addımdır. Yumurta yüksək keyfiyyətli protein, vitaminlər, minerallar və antioksidantlardan ibarətdir.
Alzheimer xəstəliyi ilə yumurta istehlakı arasındakı əlaqəni Medipol Mega Universiteti Xəstəxanasından nevrologiya mütəxəssisi Lütfü Hanoğlu qiymətləndirib.
O bildirib ki, son illərdə aparılan elmi araşdırmalar yumurta istehlakının təkcə bədən sağlamlığında deyil, həm də zehni funksiyalarda mühüm rol oynaya biləcəyini ortaya qoyub:
“Son araşdırmalar yumurta istehlakının Alzheimer xəstəliyinin başlanğıcını gecikdirə biləcəyini dəstəkləyir. Xüsusilə yumurtanın tərkibində olan xolin maddəsi yaddaş və idrak funksiyalarını dəstəkləyən mühüm komponent kimi diqqət çəkir. Yumurta bədənimizin ehtiyac duyduğu bütün əsas amin turşularını ehtiva edən yüksək keyfiyyətli protein mənbəyidir. Zülal əzələlərin böyüməsi və bərpası üçün vacibdir. Gündə 1 yumurta yemək gündəlik protein ehtiyacınızın bir hissəsini qarşılaya bilər. Yumurtalar tərkibindəki zülal və yağ sayəsində toxluq hissi verir. Bu, daha az yemək ehtiyacını hiss edərək çəkini idarə etməyə kömək edə bilər”.