İlkin təəssürat budur ki, səsvermə seçkilərlə bağlı qanunvericiliyə uyğun keçirilib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
“Prosesin gedişi məqbul dəyərlədirilə bilər. İdeallıqdan danışmaq o qədər də səmimi olmaz. Səsvermə kifayət qədər şəffaf və ədalətli keçdi”, - o bildirib.
Rövzət Qasımov əlavə edib ki, hələlik heç bir rəsmi və qeyri-rəsmi şikayət daxil olmayıb:
“"Qaynar xətt"ə indiyədək 35-ə yaxın müraciət daxil olub. Əsasən sorğu tipli müraciətlərdir. Məlumatları dəqiqləşdirib müraciət edənlərə məlumat vermişik”.