2025-ci ilin sonuna qədər süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng, ürək-damar və ya neyrodegenerativ xəstəliklərin müalicəsi üçün dərman hazırlana bilər.
Bu sözləri kimya üzrə 2024-cü il Nobel mükafatı laureatı Demis Hassabis "Financial Times" qəzetinə müsahibəsində deyib.
"Biz onkologiya, ürək-damar xəstəlikləri, neyrodegenerasiya, bütün əsas xəstəlik sahələrinə baxırıq və düşünürəm ki, bu ilin sonuna qədər ilk dərmanımız olacaq", - alim deyib.
Hassabis qeyd edir ki, adətən bir dərman hazırlamaq üçün orta hesabla 5-10 il vaxt lazımdır. Bununla belə, süni intellektin istifadəsi bu prosesi on dəfə sürətləndirə bilər ki, bu da səhiyyədə əsl inqilab olardı.
Əvvəllər yazmışdıq ki, ABŞ prezidenti Donald Tramp süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkətin yaradılmasını elan edib.