Səhər qəzeti

"Vətənə bağlı ömür" filminin təqdimatı 

Tarix:10-01-2025, 17:35
Baxış Sayı:38

 

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini yazanlardan biri , Azərbaycan Bayrağı ordenli 
şəhid kapitan Nurlan Mustafayevin ömür yolundan bəhs edən "Vətənə bağlı ömür " sənədli - bədii filminin Nizami kinomərkəzində nümayişi baş tutdu.
Təqdimatdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və 
 Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edildi. 
Daha sonra 
 Azərbaycan ordusunun Xüsusi təyinatlı qüvvələrinin şəhid kapitanı , Azərbaycan bayrağı ordenli Nurlan Mustafayevin ömür yolundan bəhs edən " Vətənə bağlı ömür " filmi nümayiş olundu. 
 Qəhrəmanlıq səlnaməsin yazmış şəhidimizin ömür yolundan bəhs edən film Gün tv Media Group tərəfindən istehsal olunub
Filmin ssenari müəllifi Mehriban Sadıqova , rejissoru Anar İslamdır 
Film Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə ərsə gəlib  
Filmin təqdimatından sonra Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad  Həsənov, 
Bakı Metropoliteni Qapalı Səhmdar cəmiyyətinin sədr müavini  Hidayət Məmmədov və başqaları çıxış edərək , filmin tarixi - qəhrəmanlıq salnaməmizdə çox böyük əhəmiyyət daşıyacağını söylədilər və filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdilər 
Daha sonra şəhidimizin anası Rahilə Ramazanova çıxış edərək təqdimat mərasimində iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün belə filmlərin çəkilməsinin arzu olunan olduğunu söylədi. 
Təqdimat bədii hissə ilə başa çatdı

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri

 

Digər xəbərlər
XƏBƏR LENTİ