Səhər qəzeti

Trampın andiçməsində bayraqlar yarıya qədər endiriləcək - Ağ Ev niyə bu qərarı verdi?

Tarix:4-01-2025, 15:35
Baxış Sayı:0

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminin ilk dəfə yarımçıq keçirilə biləcəyini deyib.

Tramp bu barədə “Truth Social” sosial media hesabında bildirib.

O qeyd edib ki, bu, ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin ölümü ilə əlaqədar baş verə bilər.

Bundan əlavə, Tramp demokratların günahı ucbatından ölkənin tam nizamsızlıq içində olduğunu vurğulayıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib ki, ABŞ-ın keçmiş prezidenti Karterin xatirəsinə bayraqların endirilməsi ilə bağlı qərar Trampın andiçmə mərasiminə görə dəyişdirilməyəcək.

Xatırladaq ki, ABŞ-ın 39-cu prezidenti Cimmi Karter dekabrın 29-da 101 yaşında vəfat edib.


Digər xəbərlər
XƏBƏR LENTİ