Səhər qəzeti

Orada qiymət düşür, bizdə qalxır: Birjalardakı proseslər Azərbaycan bazarına niyə təsir etmir?

Tarix:20-08-2024, 14:15
Baxış Sayı:2

 

Son dövrlər dünya birjalarında bəzi məhsulların ucuzlaşdığının şahidi oluruq. Məsələn, ötən həftə dünya birjasında kartofun qiyməti 11,5%, şəkərin qiyməti isə 20,9% aşağı düşüb. Bazarlarımıza baxsaq, görərik ki, dünya birjalarında baş verənlərin Azərbaycana heç bir təsiri yoxdur. Bizdə nəinki həmin məhsullar ucuzlaşıb, hətta qiymət artımı var.

Maraqlıdır, Azərbaycan bazarı dünya birjalarında baş verən proseslərə niyə reaksiya vermir?

Məsələ ilə bağlı iqtisadçı Toğrul Vəliyev açıqlamasında bildirdi ki, hansısa birjada baş verən proses dərhal qiymətlərə təsir etmir:

“Yəni birjada indi qiymət 10 % düşübsə, bu o demək deyil ki, bu dəqiqə nəyinsə qiyməti 10 % düşəcək. Bu, sadəcə o deməkdir ki, müvafiq xammalın qiyməti 10 % düşüb. Yaxın gələcəkdə onu istehsal edən, satan sahibkar həmin məhsulu 10 % daha ucuz satacaq. Azərbaycanda qiymətlər birja vasitəsilə tənzimlənmir. Bütün kənd təsərrüfatında istehsal olunan məhsullar heç vaxt birja vasitəsi ilə formalaşmayıb. Ona görə də dünya birjalarının Azərbaycana aidiyyəti böyük deyil.

Bizdə bazarda yalnız daxili qiymət formalaşması var. Burada da bir sıra amillərin təsiri var. Birincisi, bizdə kənd təsərrüfatı mövsümi xarakter daşıyır. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan daha çox ixracatçıdır. Kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin məqsədi ixrac etməkdir. Onlar məhsullarını Azərbaycan bazarında saxlamırlar, çünki ixracdan daha çox qazanırlar. Əgər onlar məhsullarını daxili bazarda satmaq istəyirsə, qiymət qalxır. Bir sözlə, birjada olan proseslərin bizə heç bir təsiri yoxdur”.

Digər xəbərlər
XƏBƏR LENTİ