Səhər qəzeti

ABŞ həmin raketləri Almaniyaya göndərir - Sazişi təsdiqləndi

Tarix:16-08-2024, 08:00
Baxış Sayı:2

 

ABŞ Dövlət Departamenti Almaniyaya Patriot raketlərinin satışına dair sazişi təsdiqləyib.

Bu barədə "RİA Novosti" Pentaqonun tərkibinə daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinə istinadla məlumat yayıb .

"Departamentin məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tip 600-ə qədər raket almaq imkanı istəyib", - hesabatda qeyd edilib.

Almaniya həmçinin müvafiq avadanlıq, təlim proqramları, ehtiyat hissələri - bütün lazımi xidmətlərin çeşidini alacaq.

Pentaqon gələcək sazişi faydalı adlandırıb, çünki o, Avropadakı əsas müttəfiqini dəstəkləməklə ABŞ-ın xarici siyasətinin maraqlarına xidmət etməlidir.

Digər xəbərlər
XƏBƏR LENTİ