Səhər qəzeti

B12 vitamini çatışmasa, oqranizmdə nə olar?

Tarix:Dünən, 13:49
Baxış Sayı:0

 

B12 vitamini çatışmazlığının simptomları gündəlik həyatı çətinləşdirir. Gün ərzində enerjili hiss etməyin yolu B12 vitamini anbarınızı doldurmaqdır. Tədqiqatlar göstərir ki, heyvan mənşəli qidalar bitki mənşəli qidalardan daha çox B12 vitamini ehtiva edir.

Bunun üçün bu vitaminlə bol olan qidalar qəbul etməlisiniz. 

Ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olan B12 vitamini çatışmazlığı halında gündəlik həyatı çox çətinləşdirir. Gün ərzində hiss edilən halsızlıq, yorğunluq və yuxusuzluq kimi şikayətlərin əksəriyyətinin kökündə vitamin B12 çatışmazlığı dayanır. B12 vitamini çatışmazlığının qarşısını almaq üçün B12 vitamini ilə zəngin qidalardan istifadə etmək lazımdır. 

Güclü zülal qaynağı olan yumurta B12 ilə çox zəngindir. Araşdırmalar göstərib ki, gündəlik istehlak edilən 1-2 yumurta B12 ehtiyacını ödəyəcək. Yumurta həm də hamiləlik zamanı yaranan şəkər dalğalanmalarının qarşısını alır.

Süd, pendir və qatıq kimi ağartı məhsulları bədənin ehtiyac duyduğu bir çox qidanı təmin edir və həmçinin B12 vitamini çatışmazlığını aradan qaldırır.

Somon və sardina kimi qida maddələri ilə zəngin balıqlarda bol miqdarda B12 vitamini var. Bəzi tədqiqatlar göstərir ki, dəniz yosunu B12 ilə zəngindir, lakin mütəxəssislər dəniz yosunu istehlakının təhlükəsizliyindən narahatdırlar.

Digər xəbərlər
XƏBƏR LENTİ