Ermənistan Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Kanalına müsahibəsində deyib.
O, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər olduğunu diqqətə çatdırıb.
“Əgər biz həqiqi sülhə nail olsaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”, – Paşinyan qeyd edib.
Paşinyan Azərbaycanla sazişin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəyini bəyan edib.