"Avroviziya-2025"ə cəmi bir neçə gün qalıb. Artıq mayın 13-də birinci yarımfinal baş tutacaq.
Bu il yarışma İsveçrədə keçirilir.
Yarışma Bazel şəhərində baş tutacaq və müsabiqənin təşkili böyük maliyyə vəsaiti tələb edəcək.
Ümumi büdcə
Büdcə 37 milyon İsveçrə frankına (yəni 40 milyon ABŞ dollarından çox) qədər təşkil edir. Bu büdcə 2024-cü ilin noyabrında keçirilən referendumla təsdiqlənib.
Ən böyük xərclər hansı sahələrə gedəcək
Təhlükəsizlik
7,875 milyon frank (təxminən 8,66 milyon dollar) – şəhərin qorunması, tibb və yanğınsöndürmə xidmətlərinin işi, eləcə də kiber təhlükəsizlik üçün ayrılıb.
Şəhərin hazırlanması
5,13 milyon frank (təxminən 5,64 milyon dollar) – işçi heyətin təlimi, brendləşmə, informasiya məntəqələri, infrastruktur dəyişiklikləri, könüllülər və texniki heyətin bir hissəsinin yerləşdirilməsi üçün istifadə olunacaq.
Digər xərclər
Nəqliyyat
2 milyon frank (təxminən 2,2 milyon dollar)
800 min frank – nümayəndə heyətləri, texniki heyət və media nümayəndələrinin daşınması üçün
1,2 milyon frank – ictimai nəqliyyatın təminatı üçün
Təşkilati xərclər
950 min frank (təxminən 1,045 milyon dollar)
Marketinq, kommunikasiya və layihə idarəetməsi sahələrinə yönəldiləcək.