Azərbaycan Tibb Universitetində (ATU) 2024/25-ci tədris ilindən etibarən ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənni tədris edilir.
Bunu səhiyyə naziri Teymur Musayev COP29-un səkkizinci günü çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, bununla da təhsil müəssisəsi səhiyyə işçilərinin iqlim dəyişikliyi məsələsində maarifləndirilməsinə töhfə verir.