Səhər qəzeti

İmtina etmişdilər: Qərbin nəhəng şirkətləri reklam vermək üçün Maska yalvarırlar

Tarix:14-11-2024, 20:36
Baxış Sayı:0

 

Qərbin müxtəlif şirkətləri İlon Maskın “X” sosial şəbəkəsində yenidən reklam verməyi planlaşdırır.

Bu barədə “Financial Times/” məlumat yayıb.

Buna səbəb milyarderin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasında mühüm vəzifə almasıdır. “Financial Times” yazır: “Təsadüfən və ya qəsdən Mask yeni “Tvitter” deyil, yeni “sosial həqiqətlər şəbəkəsi” yaratdı”. İlon Maskın Donald Trampa dəstəyi, şübhəsiz ki, “X”-in xəstə biznesini canlandıracaq və bəzi şirkətlər yeni administrasiyanın rəğbətini qazanmaq üçün sosial media platformalarına qayıtmağa hazırlaşır”.

Əvvəllər İlon Maskın şirkəti sosial şəbəkədəki reklamçılar da daxil olmaqla bir çox dünya brendlərini təmsil edən sənaye qrupunu “X”-i milyardlarla dollardan məhrum etmək üçün sui-qəsddə ittiham edərək, antiinhisar iddiası qaldırdıqdan sonra bir çox şirkət şəbəkədə reklamı dayandırmışdı. Həmçinin sosial platformanı tərk etmə səbəblərindən birinin reklamçılara şəxsən zəng edərək onlarla kobud danışan Maskın davranışı olduğu da bildirilirdi.

Digər xəbərlər
XƏBƏR LENTİ