Səhər qəzeti

Bu ölkənin ixracı gözləntiləri xeyli üstələdi

Tarix:8-11-2024, 20:23
Baxış Sayı:0

 

Çinin ixracı oktyabr ayında illik 12,7 faiz artaraq gözləntilərin üzərində olub.

Iqtisadçılar oktyabr ayında Çin ixracatının yalnız 5,2 faiz artacağını proqnozlaşdırıblar.

Sentyabrda artım yüzdə 2,4, oktyabr ayında yüzdə 1 azalacağı təxmin edilən idxal isə yüzdə 2,3 azalıb. Sentyabr ayında 0,3 faiz iqtisadi daralma qeydə alınıb. Ticarət profisiti 95,72 milyard dollar olub, gözləntiləri 74,4 milyard dollar üstələyib. Yuandakı məlumatlara baxıldığında, oktyabr ayında ixrac yüzdə 11,2 artarkən, idxal yüzdə 3,7 azalıb. Ticarətin müsbət saldosu 679,1 milyard yuan təşkil edib.

Analitiklər bildiriblər ki, rəsmilərin bu həftə təsdiqləməsi gözlənilən 1,4 trilyon dollarlıq maliyyə paketi yerli hökumətin, daşınmaz əmlak istehsalçılarının balans hesabatlarını sabitləşdirəcək və istehlaka olan təzyiqləri azaldacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ