Səhər qəzeti

Maskdan şok açıqlama: ABŞ iflasa doğru gedir

Tarix:Bu gün, 19:43
Baxış Sayı:0

 

Amerikalı iş adamı İlon Mask ABŞ-ın sürətlə iflasa doğru getdiyini bildirib.

Mask DOGE-nin cari maliyyə ilində ABŞ-ın federal xərclərinin 6,16 trilyon dollar, gəlirlərinin isə cəmi 4,47 trilyon dollar olacağını bildirən yazısına şərh verib.

"Amerika hazırda iflasa doğru çox sürətlə irəliləyir", - deyə o, qeyd edib.

Mask oktyabr ayında da dövlət xərclərinin kəsilmədiyi təqdirdə ABŞ-ın iflasa uğrayacağını bildirib.

Həmçinin daha əvvəl “Fox Business” ABŞ-ın dövlət borcunun 54 trilyon dollara yüksələcəyini yazıb.

Digər xəbərlər
XƏBƏR LENTİ