Kremlin mətbuat katibi Dmitri Peskov, "Financial Times" qəzetinin Qərb maliyyə institutlarının Donald Trampın vəzifəyə başlamasından sonra Rusiyaya tətbiq olunan sanksiyaların ləğvi imkanlarını müzakirə etdikləri ilə bağlı yazısını şərh edib.
Peskov rəsmi Moskvanın ABŞ-ın sanksiyalar siyasətində dəyişiklik gözləmədiyini bildirib.
Qeyd edək ki, "Financial Times"ın iddiasına görə, Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən dərhal sonra Rusiya ilə gələcək ticarətdə mümkün dəyişikliklər və sanksiyaların ləğvi ehtimalı müzakirə edilib.