Türkiyənin Çorum şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində azı 1 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə eyniadlı vilayətin qubernatoru Əli Çalqan məlumat verib.
"Bizdə olan məlumatlara görə, məişətdə qazın partlaması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb", o "TRT Haber" telekanalına açıqlamasında bildirib.
Partlayış nəticəsində evin bir neçə mərtəbəsi, demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə zərər dəyib.