Səhər qəzeti

"Usamə bin Laden"dən ŞOK PLAN: Nyu-York birjasını PARTLADIB, ABŞ hökumətini...

Tarix:21-11-2024, 21:07
Baxış Sayı:0

 

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-York Birjasını bombalamağı planlaşdıran şəxsi saxlayıb.

Bu barədə "CBS News" məlumat yayıb.

"FTB agentləri Nyu-York Birjasını bombalamaq planı ilə bağlı Florida ştatından olan şəxsi həbs ediblər", - məlumatda deyilir.

Mənbə məhkəmə sənədlərinə istinad edib. Onlar göstəriblər ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba yaratmaq üçün göstərişlərə əməl edib.

İlkin məlumata görə, o, birjanı partlatmaq, “ABŞ hökumətini yenidən işə salmaq” istəyib. O, özünü “Əl-Qaidə”nin keçmiş lideri Usame bin Laden kimi hiss etdiyini də bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ