Səhər qəzeti

Milyarderlərin ianəsi: Harrisə çox pul veriblər, yoxsa Trampa?

Tarix:28-10-2024, 20:58
Baxış Sayı:0

 

Respublikaçıların prezidentliyə namizədi Trampı Demokratların namizədi Kamala Harrisdən daha çox milyarder dəstəkləyir.

Bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, Trampın seçki kampaniyası üçün toplaya bildiyi bütün vəsaitin üçdə biri milyarderlərin ianələri hesabına olub. Eyni zamanda, Harrisə analoji köçürmələr ümumi vəsaitin yalnız 6%-ni təşkil edir.

Ümumilikdə Donald Trampın kampaniyası 1,7 milyard dollar, Kamala Harris isə 2,2 milyard dollar toplaya bilib. İki namizədin ümumi ianələri oktyabrın ortalarına qədər 3,9 milyard dollara yaxınlaşıb.

Nəşr Harrisin varlı tərəfdarları arasında "Facebook" sosial şəbəkəsinin həmtəsisçisi Dastin Moskovitsi, "LinkedIn"in həmtəsisçisi Rid Hoffmanı, həmçinin biznesmen Maykl Blumberqi qeyd edib.

Trampı amerikalı iş adamı İlon Mask, bank sülaləsinin varisi Timoti Mellon, eləcə də iş qadını Miriam Adelson dəstəkləyib.

Digər xəbərlər
XƏBƏR LENTİ