Ermənistan hələlik İran və Türkiyə ilə sərhəddəki Rusiya sərhədçilərinin çıxarılması məsələsini qaldırmaq niyyətində deyil.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan danışıb.
O, keçirdiyi brifinqdə jurnalistlərin Ermənistan sərhədlərini məhz yerli sərhədçilərin qoruya bilib-bilməyəcəyi barədə sualına belə cavab verib:
"Hazırda olmasa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək".