Səhər qəzeti

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

Tarix:25-10-2024, 20:47
Baxış Sayı:0

 

Prezident İlham Əliyev Ermənistanla sərhədin delimitasiyası üzrə komissiyanın əsasnaməsini təsdiqlədi. Bir neçə gün öncə Ermənistan parlamenti əsasnaməni ratifikasiya etmişdi.

Əsasnamə layihəsində sərhədin delimitasiyasının Alma-Ata bəyannaməsinə əsaslanması öz əksini tapır. Bakının bundan sonra sərhədlə bağlı əsas planı sülh sazişində delimitasiyanın baza prinsipini (Alma-Ata bəyannaməsinə istinad edilməyən) fərqli formada müəyyənləşdirmək və əsasnamənin bununla bağlı bəndini dəyişdirmək olmalıdır.

İstisna deyil ki, Kazanda Əliyev-Paşinyan təmasları zamanı bu məsələ də müzakirə edilib. Əliyevin Kazan görüşündən sonra əsasnaməni təsdiqləməsi müəyyən razılaşmaların olması ehtimalını önə çıxarır.

Digər xəbərlər
XƏBƏR LENTİ