Səhər qəzeti

Müharibə bu il bitməyəcək - Prezidentdən PİS XƏBƏR

Tarix:24-10-2024, 14:12
Baxış Sayı:3

 

Ukraynada döyüşlər 2024-cü ildə bitməyəcək.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya mətbuatına bildirib.

“Xeyr, bu il müharibə bitməyəcək”, - deyə o, müvafiq suala cavab verib.

Lukaşenko həmçinin bildirib ki, Rusiyaya kömək etmək üçün münaqişə zonasında guya Şimali Koreya qoşunlarının olduğu iddiaları NATO qoşunlarını Ukraynaya göndərmək üçün istifadə edilə bilər.

"Rusiya heç vaxt Belarusda yerləşən nüvə silahından respublika rəhbərliyinin razılığı olmadan istifadə etməyəcək", - bunu isə o, BRİKS sammiti çərçivəsində BBC-nin jurnalisti Stiven Rozenberqə müsahibəsində bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ