"Microsoft" korporasiyasının rəhbəri Satya Nadella süni intellektin (Sİ) gələcəyi haqqında danışıb.
Londonda keçirilən "Microsoft AI Tour" konfransında çıxış edən Nadella bir çox istifadəçinin Sİ-yə inanmadığı barədə məlumatları şərh edib. "Nəticədə texnologiyaya inam bütün yayılmanın əsası olacaq", - deyə top-menecer bildirib. Onun sözlərinə görə, əgər insan Sİ-yə inanmırsa, onu belə alətlərdən istifadə etməyə çağırmaq lazım deyil. Lakin Nadellanın sözlərinə görə, süni intellektə belə münasibət onun sürətlə yayılmasına imkan verməyəcək.
Satya Nadellanın sözlərinə görə, Sİ alətləri bəşəriyyətə dərin təsir göstərəcək. Bu sahədə irəliləyiş yeni hesablama interfeyslərinin, təkmilləşdirilmiş mühakimə imkanlarının və təkmilləşdirilmiş kontekst və yaddaş imkanlarının sayəsində mümkün olacaq.
"Microsoft" rəhbəri "Copilot" Sİ xidmətini insan intellektini tamamlaya və onun məhsuldarlığını artıra bilən "koqnitiv gücləndiricisi" adlandırıb. "Bir gün öz çat-bot variasiyasını işə salmaq "Excel" cədvəli yaratmaqdan daha çətin olmayacaq", - deyə Nadella yekunlaşdırıb.