Səhər qəzeti

Onlar Gürcüstanı müharibəyə hazırlayır: İvanişvili dəhşətli planın detallarını açıqladı

Tarix:22-10-2024, 09:16
Baxış Sayı:0

 

Xarici qüvvələr çoxdan Gürcüstanı müharibəyə hazırlayır və keçmiş baş nazir Qaxariya da bu planın bir hissəsi idi.

Bunu “İmedi” telekanalına müsahibəsində “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvili deyib.

“Niyə Baş nazir 2021-ci ildə belə tez istefa verdi? Əlbəttə, bağlantı var idi. Onlar məhz bu hadisələri gözləyirdilər ki, Gürcüstan müharibəyə daxil olmağa hazırlaşsın. O, bilirdi ki, “Gürcü arzusu” döyüşməyəcək, o, bunu bilirdi və birtəhər “Gürcü arzusu”nun qarşısını almaq istəyirdi”, - İvanişvili deyib.

Onun sözlərinə görə, istefanın rəsmi versiyası “nağıldır”.

“Bu əclaf (Georgi Qaxariya) və onun yanında olanlar, əlbəttə ki, mühakimə olunmalı olacaqlar. Təbii ki, sübut edəcəyik ki, o, nə edib, niyə belə edib, “Milli Hərəkata” rəhbərlik etməyə necə kömək edib və indi də kömək edir.

Məhkəmə səviyyəsində bizim bütün sənədlərimiz var. Təbii ki, o və partiyasının üzvləri ciddi şəkildə cəzalandıılacaq. Onlara daha da qəzəblənirəm. Onların əksəriyyəti “Gürcü arzusu”nun üzvləri olub və bizim mandatla parlamentə daxil olublar. Təbii ki, onlar sərt cəzaya layiqdirlər və inanın ki, bunu da alacaqlar”, - İvanişvili deyib.


Digər xəbərlər
XƏBƏR LENTİ