Fələstinin HƏMAS hərəkatı yeni lider Yəhya Sinvaranın öldürülməsi ilə bağlı məlumatı hələ ki, rəsmi şəkildə şərh etməyib.
Bu barədə hərəkatın "Telgram" kanalında məlumat verilib.
“Bütün şərhlər HƏMAS-ın rəsmi internet saytında və onun "Telegram" kanalında yerləşdiriləcək”, - bəyanatda deyilir.
Oktyabrın 17-də İsrail təhlükəsizlik mənbəsi Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında məhv edildiyini təsdiqləyib.
Mənbə bildirib ki, İsraildə Sinvarın DNT nümunəsi olduğu üçün HƏMAS məhv edilməsinin təsdiqləmək mümkün olub.
Qeyd edək ki, əvvəllər hərəkatın rəhbəri İsrail həbsxanasında olub.
Xatırladaq ki, avqust ayında təşkilatın Qəzza zolağındakı lideri Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilib. O , iyulun sonunda Tehranda məhv edilən İsmayıl Haniyənin yerinə keçib.
Təhlilçilər deyirlər ki, bu təyinat HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra tutduğu radikal istiqaməti təsdiqləyir. Sinvar bu hücumun təşkilatçılarından biri adlandırılır.