İranın cənub-qərbində, Xuzistan əyalətinin Şuştər rayonunda neft emalı zavodunda güclü yanğın baş verib.
Bu barədə rayonun valisi Muhsin Seyyidmusəvi İran dövlət televiziyasına açıqlama verib.
O, yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.
İlkin ehtimallara görə, hadisə neft tankerlərindən birinin zavodda benzin çənlərinə çırpılması nəticəsində baş verib. Yanğının böyüklüyünə görə rayondakı yanğınsöndürmə briqadasının müdaxilə etmək üçün kifayət etmədiyi, Əhvaz şəhərinin gücləndirici dəstələrinin də bölgəyə göndərildiyi bildirilib.