Astronomlar ağıllı yadplanetli həyatın mövcudluğuna dair sübutlar tapıblar.
Bu barədə "Daily Mail" NASA ilə əməkdaşlıq edən britaniyalı sənədli film rejissoru və müəllim Saymon Hollanda istinadən yazıb.
"Biz qalaktikamızda qeyri-insani yerüstü zəka kəşf etdik", - o deyib.
Holland bildirib ki, sübutlar bir aydan az müddətdə ictimaiyyətə açıqlanacaq.
Nəşr aydınlaşdırıb ki, Oksforddan olan “Breakthrough Listen” layihə komandası siqnalı təhlil etdiyini təsdiqləyib, lakin onun mümkün mənbəyini açıqlamayıb.