Səhər qəzeti

Azərbaycanda bu problem həllini tapacaq - 2028-ci ilə qədər...

Tarix:12-10-2024, 09:54
Baxış Sayı:2

 

2028-ci ilə qədər Azərbaycanda qış otlaq sahələrinin su təminatı səviyyəsinin 100 %-ə çatdırılması planlaşdırılır.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, qış və yay otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının suya olan tələbatının, müvafiq sahədə cari vəziyyətin təhlili əsasında optimallaşdırma tədbirlərinin müəyyən edilməsi və icrasına başlanılması nəzərdə tutulub.

Ölkədə suvarma əkinçiliyinin kənd təsərrüfatı məhsulları istehsalında həlledici rolu var. Ümumi suvarılan ərazilər 1,5 milyon hektar, suvarmada istifadə olunan su ehtiyatları il ərzində təxminən 7,2 milyard kubmetrdir. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin 31,1 %-ni təşkil edir. Bitkiçilik məhsullarının istehsalının 90 %-i suvarmalar hesabına təmin edilir.

Kənd təsərrüfatında suvarma suyu əsas etibarilə iki mənbədən əldə edilir: 1) kanallar vasitəsilə təchiz edilən sular; 2) subartezian quyuları vasitəsilə əldə edilən sular. Əkin sahələrinin 88 %-i yerüstü mənbələr hesabına suvarılır. Əsas suvarılan ərazilərdə qrunt suları yer səthinə yaxın olduğundan torpağın şorlaşmasının qarşısının alınması və münbitliyinin saxlanması üçün intensiv əkin sahələrində suvarma sistemləri kollektor drenaj şəbəkəsi ilə təmin edilib. Ümumi suvarılan ərazilərdə innovativ suvarma sistemlərinin tətbiqi aşağı səviyyədədir.

Digər xəbərlər
XƏBƏR LENTİ