Səhər qəzeti

Yeni qanun hazırlanır: Bu ailələrə pulsuz torpaq veriləcək

Tarix:7-10-2024, 15:33
Baxış Sayı:4

 

Rusiya Dövlət Dumasına çoxuşaqlı ailələrə pulsuz torpaq verilməsi haqqında qanun layihəsi təqdim olunub.

Layihə heç bir şərtin olmamasını nəzərdə tutur .

İndi çoxuşaqlı ailələr dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqları pulsuz ala bilərlər. Lakin torpaq sahəsinin verilməsi şərtləri bölgədən asılı olaraq fərqlənir. Məsələn, bəzi hallarda ailə mənzilə ehtiyacı olan kimi qeydiyyata alınmalıdır. Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, bu, artıq mənzili olan aztəminatlı ailələrə qarşı haqsızlıqdır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Uzaq Şərqdə çoxuşaqlı ailələr üçün ipoteka kreditlərinin ödənilməsi üçün ödənişin bir milyon rubla qədər artırılması barədə göstəriş vermişdi.

Digər xəbərlər
XƏBƏR LENTİ