Azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov jurnalist Kseniya Sobçaka müsahibəsində Telegram-ın yaradıcısı Pavel Durovun Bakıya səfərindən danışıb.
O, Durovun Azərbaycana tanışlıq məqsədi ilə gəldiyini, Bakıda olduğunu, Qarabağı və ölkənin digər bölgələrini gəzdiyini qeyd edib.
Ağalarov “Sea Breeze”də olarkən Durovla görüşdüyünü, qısa, lakin isti görüş keçirdiklərini, orada ümumi mövzuları müzakirə etdiklərini bildirib.
Sobçakın suallarını cavablandıran Emin Ağalarov Durovun prezident İlham Əliyevlə görüşüb-görüşmədiyini bilmədiyini qeyd edib və onun Azərbaycana səfərini Vladimir Putinin gəlişi ilə təsadüf hesab edib.
Xatırladaq ki, Durov Bakıdan Parisə gəldikdən dərhal sonra Fransada saxlanılıb. Daha sonra zaminə buraxılıb.