Vətəndaşlar Yeni Yasamal ərazisindı və metronun "İnşaatçılar" stansiyası yaxınlığında "BakıKart" balansını artırmaq üçün ödəmə terminalı olmamasından şikayətçidir.
Onlar sosial mediada paylaşım edərək bildiriblər ki, "BakıKart" tətbiqi işləmədiyinə görə ödənişləri onlayn qaydada icra edə bilmirlər.
Mövzu ilə bağlı cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sərnişinlər hazırda "BakıKart"ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər:
"Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda "MilliÖn" ödəmə terminalı "BakıKart" ödənişini qəbul edir".