Səhər qəzeti

Geomaqnit qasırğasının təsiri daha iki gün davam edəcək

Tarix:4-10-2024, 15:15
Baxış Sayı:2

 

Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2 - minor radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda, X (R3 - güclü) alışmaların olacağı proqnozlaşdırılır.

Yerin geomaqnit sahəsində qasırğalar 4 oktyabr gündüz saat 12 radələrindən başlayıb və 6 oktyabradək davam edəcək.

5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3 (güclü) səviyyədə olacaq. 6 oktyabrdan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, daha öncə geomaqnit qasırğalarının oktyabrın 4-5-ni əhatə edəcəyi bildirilmişdi.

Digər xəbərlər
XƏBƏR LENTİ