Səhər qəzeti

Yaradışlar xeyirli olsun

Tarix:3-10-2024, 15:39
Baxış Sayı:3

 

Məncə bu dünyada fenomal bir yaradış olmalıdır. Düzdür, indiyə kimi yaradılanların sayı-hesabı yoxdur. Amma imtahan dünyası hələ də davam edirsə, demək ki, bizdən gözlənilən yaradış həyata keçməyib.
-Onun nə olduğunu düşünməyin mənası yoxdur, əgər buna əsrlər, əzəmətlər, dühalar sərf olunubsa…
-Xeyir, dayanmaq dünyanın sonudur. Zaman irəliləyir, geriyə dönmür.
Yeni kainat inciləri tapılır, sipərlər qırılır, hər gün yeni kəşflərin sorağını eşidirik, insanların bilik qaynağı genişlənir, erkən qavrayışlar dövrünü yaşayırıq artıq.
Yeni robotları fenomal yaradış hesab edənlər var. Amma mən əksini düşünürəm. Onlar bir azdan ağlımızı da bizim əlimizdən alacaqlar. Bunu zarafat kimi başa düşməyin. Bu artıq belədir.
Ağlımızı əlimizdən alanları isə özümüz yaradırıq. Allahın bizə verdiyi və mənsub olduğumuz ağlın yetərliyinə qane olmadığımız üçün…
Bəlkə robotların yaranışı da Allahın izni ilədir? Bəs robotlar dünyanı idarə etmək dərəcəsinə çatanda insanlar hara gedəcək?
Buna heç bir alimin cavabı yoxdur. Bəziləri isə onların da bir-birini qıracağnı düşünürlər.
Yeni ağıl fenomenlərinin yaradışına qədər başımıza çarə qılmalıyıq.
Artıq digər planetlərə köç başlayır.
Görəsən robotları necə, ora göndərmək fikrində olan var? Hə… Bu çox yaxşı olardı. Rahat həyatımızı yaşayardıq.
Mən fenomal yaradış deyərkən, robotları nəzərə almamışdım. Bizə robotların deyil, əsil canlı insanların yaratdıqları canlı həyat mənzərəsi lazımdır.
Allahın yaratdığı bəndələrin şirin dünyası lazımdır. Dünyadakı şirinliyi nazlı xidmətdə deyil, öz əziyyətimizin bəhrəsində görməliyik, robotlar istisna olmaqla…
Əminəm ki, son söz hamını güldürdü. Ola bilər ki, yeni eranın canlıları robotlarla yaşamağa öyrənsin. Bunu zaman göstərər.
Bu gün isə hər kəs həm özünü, həm də ətrafındakıları düşünərək canlı, xeyirxah yaradış həvəsində olmalıdır. Çox vaxt başqasından gözlədiyimizi özümüzdə tapırıq. Ona görə də, ilk növbədə özümüzü araşdıraq, öyrədək, sevindirək, yol göstərək, qayğısına qalaq…
Ölümümüz lazım olan yerdə ölənlər də oldu…
Hər kəs yalnız öz bacardıqlarının, bildiklərnin, öyrəndiklərinin arxasınca getməlidir.
Birimiz kosmosdayıq, birimiz evdə ləzzətli yemək bişiririk. Hər ikisi şərəflidir.
Şərəfsizlik sənin olmayanı mənimsəməkdir, haqsız qınaqdır.
Hələ ki, yaxşıların daha çox qalibiyyəti ilə ruhlanırıq…
Möhtəşəm, fenomal yaradışa az qalıb…

Sənubər

Digər xəbərlər
XƏBƏR LENTİ