İranın İsrailə ballistik raketlərlə hücumuna Tel-Əvivin cavabı ciddi şəkildə müzakirə olunur. Məhz bu məqamda ABŞ prezidenti Co Bayden isə fəlakət planını ifşa edib.
Bayden Cənubi və Şimali Karolinanı ziyarət etmək üçün təyyarəyə minməzdən əvvəl mətbuat mənsubları ilə birlikdə Yaxın Şərqdəki son vəziyyəti qiymətləndirib.
O, İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib.
Bayden israilli həmkarları ilə danışıqlarının davam etdiyini və İrana necə cavab verəcəklərini müzakirə etdiklərini qeyd edib.
Prezident həmçinin bu gün G7 liderləri ilə ortaq telekonfransda danışdıqlarını və İsrailin hərtərəfli şəkildə cavab vermək üçün razılaşdıqlarını bəyan edib.
Bayden İranın son hücumların "İran həddini aşıb” şərhini verib.