Gürcüstan hər hansı xarici qüvvənin ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verməyəcək.
Bu barədə brifinqdə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının siyasi şurasının üzvü Givi Mikanadze bildirib.
“Biz xarici qüvvələrə heç bir formada müdaxilə etmək və seçkinin nəticələrinə təsir göstərmək imkanı verməyəcəyik”, - deyə o vurğulayıb.
Mikanadzenin fikrincə, gürcülər öz ölkələrinin növbəti dörd il üçün inkişaf vektoru barədə müstəqil qərar verməlidirlər. Heç bir xarici dövlətin Gürcüstanda seçki prosesinə müdaxilə etmək hüququ yoxdur.