Rusiya Federasiyasının nüvə doktrinasında dəyişiklik Qərbə xəbərdarlıqdır.
Bu barədə siyasi şərhçi Aleksandr Bedritski bildirib.
Bedritskinin fikrincə, nüvə doktrinasında dəyişikliklər daimi idi.
“Sənədləri dəyişdirmək ərəfəsindəyik. Qərbə son xəbərdarlıqdır”, - politoloq qeyd edib.
Bundan əvvəl ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Davis demişdi ki, Rusiyanın nüvə silahından istifadə şərtlərini dəyişməsi Qərb ölkələrini çətin seçim qarşısında qoyur. O, Rusiyanın nüvə doktrinasına düzəlişlərin Qərbə qarşı “boş təhdid” sayıla bilməyəcəyini açıqlamışdı.