Səhər qəzeti

Kreml açıqladı: Putin nüvə müharibəsi ilə bağlı çıxış edəcək

Tarix:25-09-2024, 21:03
Baxış Sayı:0

 

Sentyabrın 25-də Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Amma o, təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Qərb mediası Arxangelsk vilayətindəki Plesetsk kosmodromunda Rusiyanın “Sarmat” ballistik raketinin guya uğursuz sınağı barədə məlumat yayıb. Dmitri Peskov bu mövzuda sualları Rusiya Müdafiə Nazirliyinə göndərib. Hərbçilər hələ ki, bununla bağlı açıqlama verməyib.

Qeyd edək ki, artıq bir neçə aydır ki, “Nüvə müharibəsinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”nın yenilənməsi üzrə iş aparılır.

Digər xəbərlər
XƏBƏR LENTİ