Səhər qəzeti

Türkiyə Ukraynanın NATO üzvlüyünə "hə" deyəcək? - Ərdoğan elə mövqe sərgilədi ki...

Tarix:25-09-2024, 14:58
Baxış Sayı:0

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın "NBC News" kanalından Keir Simmonsa müsahibə verib.

Ərdoğan müsahibədə Ankaranın Ukraynanın NATO-ya üzvlüyünə münasibəti ilə bağlı sualı cavablandırıb.

O, bütün NATO ölkələrinin bu məsələdə atacağı addımları nəzərə alacaqlarını bildirib:

"Amerikanın timsalında bir çox ölkə Ukraynanın ilk növbədə NATO-ya üzv olmasını istəmir. Bu faktları görüb qərarımızı verməliyik".

Prezident həmçinin Ukraynanın NATO üzvlüyünün təfərrüatlı qərar veriləcək bir məsələ olduğunu vurğulayıb:

"Bu faktlara nəzər saldıqda, görürük ki, bizim həvəslə addım ata biləcəyimiz məsələlər deyil. Biz bu məsələlərlə bağlı qərarlarımızı verərkən, əlbəttə ki, bütün NATO üzvlərinin mövqeyini nəzərə alırıq və qərarlarımızı buna uyğun veririk. Bu qərarlar həyəcanla verilə bilməz”.

Ərdoğan Simmonsun "Bu mövzuda qərar verdinizmi?" sualına "Xeyr” cavabını verib.

Digər xəbərlər
XƏBƏR LENTİ