Səhər qəzeti

Yunanıstandan Türkiyə ilə bağlı gözlənilməz açıqlama: araşdırma başladıldı

Tarix:24-09-2024, 15:03
Baxış Sayı:2

 

Yunanıstanın Dənizçilik və Ada Siyasətləri naziri Xristos Stilianidis yunan qayıqlarının Türkiyə sularını pozmasına münasibət bildirib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dünən axşam Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə Stilianidis arasında telefon danışığı baş tutub.

Söhbət zamanı Yerlikaya Yunanıstan Sahil Mühafizəsinin qayıqlarının Türkiyə ərazi sularını pozmasından narahatlığını ifadə edib. O, mehriban qonşuluq münasibətlərinin davam etdirilməsi üçün bu cür halların qəbuledilməz olduğunu vurğulayıb.

Stilianidis hadisənin heç bir siyasi yönünün olmadığını və pozuntuların bir daha təkrarlanmayacağını bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı dərhal araşdırma başlanılıb və Türkiyə rəsmiləri baş verənlərlə bağlı məlumatlandırılacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ