Səhər qəzeti

"Qalaktika Qatili" kəşf edildi - O, yeni ulduzların əmələ gəlməsinin qarşısını alır

Tarix:21-09-2024, 20:59
Baxış Sayı:0

 

Yeni kəşf edilən qalaktikanın ulduzların əmələ gəlməsinin qarşısını aldığı məlum olub.

Bu barədə Kembric Universitetinin rəhbərlik etdiyi beynəlxalq qrup araşdırma aparıb.

Böyük Partlayışdan iki milyard il sonra yaranan bu qalaktika “Webb Teleskop”u ilə araşdırılıb.

Məlum olub ki, qalaktikada yerləşən qara dəlik yüksək sürətlə qaz çıxarır və bu, yeni ulduzların əmələ gəlməsini dayandırır.

Bu, rəsmi adı “GS-10578” olan, lakin müşahidəçi alim Pablonun şərəfinə "Pablonun Qalaktikası" adlandırılan böyük qalaktikadır. Kütləsi Günəşinkindən təxminən 200 milyard dəfə böyük olan bu qalaktikadakı ulduzların çoxu 12,5-11,5 milyard il əvvəl əmələ gəlib.

Tədqiqatçılar ulduz əmələ gəlməsi üçün lazım olan qazın hələ də qalaktikada gizlənib-gizlənmədiyini və superkütləvi qara dəliyin qalaktika ətrafında hansı təsirə malik olduğunu aydınlaşdırmağa çalışırlar.

Digər xəbərlər
XƏBƏR LENTİ