Səhər qəzeti

"Azəri-Çıraq-Dərinsulu Günəşli"dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş İMZALANDI

Tarix:21-09-2024, 08:48
Baxış Sayı:6

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Azəri və Çıraq yataqları və Günəşli yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalayıblar.

Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Yeni qaz sazişi bu gün Bakıda Neftçilər Günü və AÇG üzrə HPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənə ilə qeyd olunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərinin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.

Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (9,57 %), INPEX (9,31 %), Equinor (7,27 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), ONGC Videsh (2,31 %).

Digər xəbərlər
XƏBƏR LENTİ