Səhər qəzeti

Ucuz və keyfiyyətli: Depressiyadan qurtulmağın yolu AÇIQLANDI

Tarix:6-08-2024, 07:54
Baxış Sayı:5

 

Sağlam qidalanma və fiziki aktivlik depressiya ilə mübarizədə psixoterapiyadan daha effektiv ola bilər.

Beynəlxalq tədqiqatçılar qrupu bu barədə "The Conversation" jurnalında dərc olunan məqalələrində xəbər veriblər.

Bildirilib ki, alimlər tədqiqat zamanı depressiyadan əziyyət çəkən könüllüləri iki qrupa ayırıblar. Bir qrup psixoloqa, digər qrup isə diyetoloq və məşqçiyə göndərilib.

Təəccüblü olsa da, ikinci qrupun nəticələri daha yaxşı olub: Səkkiz həftə ərzində iştirakçıların 42%-də depressiya simptomları yumşalıb. Psixoloqla işləyən qrupda isə bu göstərici 37% təşkil edib.

Nəticələr göstərir ki, qidalanmanın dəyişdirilməsi və fiziki aktivliyin artırılması depressiyanın ilk mərhələsinin müalicəsində psixoterapiya qədər effektivdir.

Həmçinin maliyyə cəhətdən diyetoloq və məşqçi xidmətləri psixoterapiyadan daha əlçatan ola bilər.

Digər xəbərlər
XƏBƏR LENTİ