2030-cu ilə qədər Rusiyanın əmək qabiliyyətli sakinlərinin sayı 87,3 milyon nəfərə çatacaq, sonra isə 2050-ci ilə qədər 75 milyon nəfərə qədər azalacaq.
Bu barədə “Vedomosti” Rusiya Elmlər Akademiyasının Milli İqtisadi Proqnozlaşdırma İnstitutunun (INP) ekspertlərinin qənaətinə istinadən məlumat yayıb.
Tədqiqatçıların fikrincə, bu proseslər əməyin avtomatlaşdırılması və məhsuldarlığın artması ilə müşayiət olunacaq. Onlar Rusiya Federasiyasında 2050-ci ilə qədər işləyənlərin sayı ilə bağlı proqnozlarını iki ssenari əsasında hazırlayıblar. Bildirilir ki, məşğul əhalinin sayının 2030-cu ilə qədər 68,9 milyon nəfər olacaq, daha sonra isə 2050-ci ilə qədər 66 milyon nəfərə qədər azalacaq.
Məşğulluğun strukturunda ən əhəmiyyətli dəyişikliklər kənd təsərrüfatında (məşğulların xüsusi çəkisi 2019-cu ildəki 6,7 faizdən 2035-ci ildə 5,3 faizədək azalacaq) və ticarətdə (19 faizdən 17 faizə qədər azalma) gözlənilir. Eyni zamanda, səhiyyə işçilərinin xüsusi çəkisi 6,2 faizdən 7,6 faizə yüksələcək. Elmdə bu pay 2,3 faizdən 3,1 faizə, təhsildə isə 7,6 faizdən 8 faizə yüksələcək.