Səhər qəzeti

ABŞ Ermənistandan Rusiya hərbçilərinin İranla sərhəddən çıxarılmasını tələb edir?

Tarix:18-09-2024, 20:04
Baxış Sayı:1

 

ABŞ Ermənistana qarşı sərt tələb irəli sürüb. Vaşinqton Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılmasını istəyir.

Bu barədə "Sputnik Ermənistan" multimedia mərkəzində keçirilən mətbuat konfransında politoloq Suren Surenyants bildirib.

Onun sözlərinə görə, etibarlı məlumat diplomatik kanallar vasitəsilə əldə edilib.

Surenyants qeyd edib ki, son günlərin gərginliyi məhz bu problemlə bağlıdır. O, həmçinin, diqqətə çatdırıb ki, ABŞ-dən yenicə qayıdan erməni ekspertlər öz çıxışlarında bu məsələni fəal şəkildə təbliğ edirlər.

Politoloq, həmçinin, ehtimal edib ki, məhz ABŞ-nin təzyiqi altında Ermənistan Azərbaycanla kommunikasiyalara nəzarətin özəl şirkətlərə verilməsi imkanını müzakirə etməyə başlayıb.

Xatırladaq ki, Rusiya sərhədçiləri Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və Ermənistanın milli sərhəd qoşunlarının formalaşdırılması maraqları naminə onların fəaliyyət şərtlərini müəyyən edən 30 sentyabr 1992-ci il tarixli Rusiya-Ermənistan müqaviləsinin 8-ci maddəsinə uyğun olaraq yerləşdiriliblər. Avqustun 1-dən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsi "Zvartnots" hava limanının buraxılış məntəqəsində dövlət sərhədinin mühafizəsini təmin etmək funksiyasını rəsmən dayandırıb. Buna əsas 1 mart 2024-cü il tarixində Ermənistan tərəfinin müvafiq müraciəti olub.

Digər xəbərlər
XƏBƏR LENTİ